AFFA nümayəndəsi UEFA-nın rəsmi konqresində ölkəmizi təmsil edir
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində
UEFA-nın 42-ci Konqresi start götürüb.
Publika.az AFFA-nın rəsmi saytına istinadən
xəbər verir ki, tədbirdə milli assosiasiyanı baş katibin müavini
Sərxan Hacıyev təmsil edir.
Qeyd edək ki, Konqresdə UEFA İcraiyyə Komitəsinə bir il
müddətinə üzv, FİFA vitse-prezidenti vəzifəsinə və FİFA Şurasına
nümayəndə seçiləcək.
Bununla yanaşı, Konqres Avropa Peşəkar Futbol Liqalarının
nümayəndəsini UEFA İcraiyyə Komitəsinə tamhüquqlu üzv kimi
təsdiqləyəcək.
Cersi Futbol Federasiyasının isə UEFA-ya 56-cı üzv kimi qəbul
olunmasına dair səsvermə keçiriləcək.