ABŞ-dan Bağdadi haqda YENİ XƏBƏR
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD-in
lideri Əbubəkr əl-Bağdadinin ölü olması barədə yüzfaizli sübutlara
malik deyil.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bu haqda koalisiyanın nümayəndəsi Rayan Dillon
bildirib.
“Koalisiya yüzfaizli dəqiq sübutlara malik deyil ki, o, ölüdür.
Güman edilir ki, o, sağdır”, – brifinqin gedişatında Dillon
deyib.
Onun sözlərinə görə, koalisiya həm İŞİD lideri, həm də
qruplaşmanın başqa yüksəkvəzifəli nümayəndələrinin axtarışlarına
davam edəcək.
Ömər Dağlı