Yəhudisayağı ticarətin QIZIL QAYDALARI – Onların niyə çoxlu pulu var?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Niyə yəhudilər var-dövlət yığmaqda pərgardırlar? Onların
ticari müdrikliyinin sirri nədədir? Niyə məhz yəhudi xalqına
ticarət işlərini asanlıqla aparmaq və var-dövlətini artırmaq nəsib
olur?

Hələ qədim salnamələrdə yəhudilərin pulla rəftarı ilə bağlı
qeydlər yazılırdı və yüz illər ərzində bu qayda-qanunlar az da olsa
dəyişilməyib, əksinə daha geniş miqyasda inkişaf edib.

Abramoviçin yazdığı “Yəhudisayağı biznes. 67 qızıl qayda”
kitabını araşdıraraq oradan hər iş adamına faydalı olacaq 22 vacib
qaydanı seçmişik.

1. Şərikinin əmlakı öz əmlakın kimi əziz
olmalıdır.
Öz mal-mülkünün qeydinə qaldığın kimi dostunun
malından da muğayat ol. Hələ heç kim yəhudi ortağının ona badalaq
gəldiyini deyə bilməz. Əksinə, ortağının ticari uğurlarına öz uğuru
kimi sevinər.

2. Heç vaxt zamanı boşa xərcləmə! Təsəvvür edin
ki, nəqliyyat gözləyərkən və ya sosial şəbəkələrdə nə qədər boş
yerə vaxt itiririk. Hər dəqiqə ömrün hədiyyəsidir və bundan
faydalanmaq lazımdır.

3. Pis qonşudan uzaq ol. Şəhər mərkəzində evlər
niyə baha olur? Çünki bir səbəbi də ordakı sakinlərin 50%-i
seçilmiş olur, qonşunun mədəni səviyyəsini öncədən bilirsən. İndi
özünüz fikirləşin: günə ziyalı bir adamla liftdə qarşılaşmaqla
başlamaq xoş keçər, ya deyingən, 10 pişik saxlayan qarı ilə?

4. Danışmağa sözün yoxdursa, heç nə demə!

5. Nə qədər ki enerjin var, işlə! Əgər həyat
enerjisi tükənməyibsə, yalnız irəli getmək lazımdır.

6. İnsanların çətin vaxtlarında pul verməyə xəsislik
etmə!
Bu, insan gələcəyinə sərmayə qoymaqdır. Özü də nə
vaxtsa sənə geri qayıdacaq sərmayə!

7. Həmişə başqalarına xoş yanaş.

8. Hər insan təşəkkürə layiqdir.

9. Zəngin o adamdır ki, sahib olduğu şeylərlə özünü
xoşbəxt hiss edər.

10. Vaxt oğrusu da pul oğrusu kimi qorxuncdur.
Belə insanlardan mümkün qədər uzaq gəzmək lazımdır.

11. İşçinin pulunu vaxtında ver.

12. Hər düşündüyünü dilə gətirmə.

13. Hərdən gərəyindən daha artıq pul ver.

14. Sahibkar işçisinin necə yaşadığını
bilməlidir.

15. Kimsə səni öldürmək istəsə, sən ondan qabağa düş:
birinci sən onu öldür.

16. Düzgün danışmağı öyrən, lazım gələrsə, yersiz
qürurdan keç.

17. Andın deyil, sözün öhdəliyin olsun.

18. Heç vaxt başqasını təhqir eləmə.

19. Həyatını planlaşdır.

20. Yaxşı işə görə özünü mükafatlandır.

21. Başqalarına da iş tapşır.

22. Həyatda nizam axtar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp