Yəhudilər “Ana harayı” abidəsini ziyarət etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 25-də Azərbaycandakı Yəhudi dini icmalarının
nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar
soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini
ziyarət ediblər.

Publika.az xəbər verir ki, Xocalıda şəhid olan
həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə
Azərbaycandakı yəhudi dini icmaların adından əklil qoyulub.
Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil
qoyulub.

Sonra Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Bakı Dağ Yəhudiləri Dini İcmasinin sədri Milix Yevdayev deyib:
“Əgər bir xalqın, bir millətin nümayəndələri mənsubiyyətinə görə
qətlə yetirilirsə, deməli, bu, soyqırımıdır. Ona görə də 26 il
bundan əvvəl qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla silahsız
azərbaycanlılara qarşı törədilən amansız soyqırımı heç vaxt
unudulmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp