“Türkiyəyə sığınmış 350 min Afrin sakini öz torpaqlarına qayıdacaq”
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Suriyanın Afrin bölgəsi PKK terror təşkilatının Suriya
qolu PYD/YPG-dən təmizləndikdən sonra 350 min afrinli öz
torpaqlarına qayıdacaq.
Publika.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün
Türkiyə baş naziri Binəli Yıldırım Murat Rəis sualtı qayığının
quraşdırılmasına start verilməsi ilə bağlı keçirilən təntənəli
tədbirdə bildirib.
B. Yıldırım deyib ki, PYD/YPG terrorçularının zülmü nəticəsində
350 min Afrin sakini illərdir ki, Türkiyəyə sığınıb: “Türkiyə
yalnız öz torpaqlarını, sərhədlərinin təhlükəsizliyini qorumur,
bölgədə qeyri-sabitliyin aradan qaldırılmasına ciddi töhfə
verir”.
Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə bu
il yanvarın 20-də Afrin bölgəsinin PYD/YPG terrorçularından
təmizlənməsi üçün “Zeytun budağı” əməliyyatına başlayıb.