Tramp Meksika prezidenti ilə mübahisə etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Meksika Prezidenti Enrike Penya Nyeto amerikalı həmkarı
Donald Trampla telefon danışığı aparıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər
verir ki, bununla bağlı ABŞ tərəfi məlumat yayıb.

50 dəqiqə davam edən telefon danışığı gərgin keçib. Tərəflər
ABŞ-Meksika sərhədində tikilən divarla bağlı razılığa gələ
bilməyiblər. Bu səbəbdən Meksika prezidenti ABŞ səfərini təxirə
salıb.

Məlumatlara görə, danışıqlar zamanı Tramp Nyetonu razı sala
bilmədiyi üçün hövsələdən çıxıb və bu səbəbdən gərginlik daha da
artıb.

Qeyd edək ki, Tramp divarın tikintisinə Meksika tərəfinin də
maliyyə ayırmasını tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp