Sabah Bakıda bu küçələr bağlı olacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr
olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə
nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol
hərəkəti təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə
bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, sabah paytaxtın Xətai
prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel
küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət
qoyularaq istiqamət dəyişdiriləcək:

“26 fevral saat 08:00-dan tədbir başa çatanadək Xocalı
prospektinə Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Sergey Senyuşkin,
Fəzail Bayramov, Mehdi Mehdizadə, Süleyman Vəzirov, Sabit Orucov,
akademik İzzət Orucov, Ayaz İsmayılov küçələrindən avtomobillərin
hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək”.

“Ana harayı” abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki,
ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp