Məşhur aktrisa vəfat etdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Britaniyalı aktrisa Emma Çambers 53 yaşında dünyasını
dəyişib.
Publika.az xəbər verir ki, bu barədə onun
agenti Con Qranta istinadən “The Guardian” qəzeti yazıb.
“Kədər hissi ilə aktrisa Emma Çambersin vaxtsız öldüyünü
bildiririk”, – deyə qəzet Qrantın sözlərini sitat gətirib.
Çambers “Diblidən olan yepiskop” kino komediyasında və “Nottinq
Hill” filmindəki rolları ilə məşhurdur.