İki dost birləşib cinayət törətdilər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş
verib.

Publika.az xəbər verir ki, rayon ərazisindəki evlərin birindən
300 manat və 5000 rubl oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə
şübhəli bilinən Bakı şəhər sakinləri Ramil Xəlilzadə və Ümid
Aslanov saxlanılıblar.

İstintaq araşdırması zamanı Ramil Xəlilzadənin əvvəllər məhkum
olunduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp