Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüşdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xarici işlər naziri Elmar MəmmədyarovAmerika Yəhudi
Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, Elmar
Məmmədyarov Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin
nümayəndələrinin sülh və harmoniya şəraitində birgə yaşadığı bir
məkan olduğunu bildirərək multikulturalizm və tolerantlığın
Azərbaycan xalqının ən böyük mənəvi sərvəti olduğunu
vurğulayıb.

Son illər Azərbaycanın dinlərarası və mədəniyyətlərarası
dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərə ev
sahibliyi etdiyini söyləyən nazir Elmar Məmmədyarov bu xüsusda
ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və
Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyətini
qeyd edib.

Tərəflər bu kimi tədbirlərə ev sahibliyi edilməsini ölkəmizin
dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin
təzahürü kimi qiymətləndiriblər.

Görüşdə Azərbaycanın İsrail ilə, eləcə də Amerika Yəhudi
Konqresi və digər yəhudi təşkilatları ilə əməkdaşlıq əlaqələrinin
inkişafından məmnunluq vurğulandı. Ölkəmizdə yəhudi icmasına
göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən qonaqlar
ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndiriblər.

Görüşdə həmçinin, əməkdaşlıq əlaqələrinin inkişaf
perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp