Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən öldürüldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Daşkəsəndə qadın qeyri-rəsmi nikahda yaşadığı şəxs
tərəfindən qətlə yetirilib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun
Əhmədli kəndində baş verib.

Kənd sakini 1982-cü il təvəllüdlü Cəfərova Mahizər Məhəmməd qızı
qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Bəşirov Qorxmaz
Şəmil oğlu tərəfindən başına küt alətlə vurularaq qətlə yetirilib.
Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması
istiqamətində tədbirlər görülür.

Məlumata görə, M. Cəfərova bir neçə il əvvəl rəsmi nikahda
olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var. Oğlu
orta məktəbin 9-cu sinfində oxuyur, qızı iiə ailəlidir, bir övladı
var.

Fakt bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb,
araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp