Bu gündən seçicilərə səsvermə vəsiqəsi verilir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gündən Azərbaycanda aprelin 11-ə təyin edilmiş
prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları
tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə
başlanılır.

Bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə
əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd edilir.

Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi
dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün
qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək
verilir.

Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki
komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək,
yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident
seçkiləri keçiriləcək./Trend/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp