Boksçumuz “Strandja” turnirində bürünc medal qazandı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi
“Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri
yekunlaşıb.
Publika.az Trend-ə istinadən bildirir ki, bu mərhələdə
Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.
52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı
Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu
alınmayıb və rəqib qələbə qazanıb.
Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən “Strandja” turnirini
bürünc medalla başa vurub.