Beyləqanda iki cinayətin üstü açıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Beyləqan rayonunda baş verən iki oğurluq cinayətinin
üstü açılıb.

Publika.az xəbər verir ki, Beyləqan rayon sakini Sərman Həsənov
ötən ilin mart ayında polis şöbəsinə müraciət edərək 41 baş
qoyununun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Beyləqan rayon polis şöbəsində cinayət işi
açılıb, əməliyyat-axtarış tədbirləri aparılıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə qoyunları oğurlamaqda
şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Beyləqan rayon
sakini Kəmaləddin Vəliyev olduğu müəyyən edilib.

Bundan başqa, Beyləqan rayon polis şöbəsinin əməkdaşları
tərəfindən fevral ayında daha bir uğurlu əməliyyat tədbiri
keçirilib.

Belə ki, Ağcabədi və Beyləqan rayonları ərazisindən ayrı-ayrı
vaxtlarda 27 baş qoyun oğurlamaqda şübhəli bilinən Rahil Zülfüqarov
da saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs oğurladıqları qoyunları
dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp