Ayda 2-4 kq arıqlamaq istəyirsizə DİQQƏTLƏ OXUYUN



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dünya ulduzlarının hər zaman formada qalmasını görüb
“necə edim ki, mən də gözəl bədən quruluşuna malik olum?” deyə
düşünürsüzsə, bu yazı məhz sizin üçündür. Bu dəfə sizi maraqlı sadə
bir düstur ilə tanış edəcəyik. Gün ərzində istədiyiniz qədər
kalorili yeməklər yeyib arıqlamaq istəyirsizsə, 1919-cu ildə
amerikalı alim Frensis Benedikt və Ceyms Harrisin insan
metobolizması haqqında yazılan elmi kitabı ilə tanış olmalısız. Bir
çox dünya ulduzları məhz burada qeyd olunan normalara riayət
etməklə cazibədar bədən quruluşuna sahib olurlar. Müəllif kitabda
orqanizm üçün normal fəaliyyəti təmin edən zəruri olan enerji
miqdarı, dinclik, çəki, yaş, boy və cinsiyyətin nəzərə alındığı
düstur tərtib edib.

Publika.az sağlam arıqlamaq istəyən oxucular
üçün dünya ulduzlarının da istifadə etdiyi primitiv arıqlama
düsturu olan “Mifflina” düsturunu təqdim edir:

1990-cı ildə F.Benediktin tərtib etdiyi düstur alimlər
tərəfindən daha da təkmilləşdirildi. Hesablama prinsipi isə olduğu
kimi qaldı. Hal-hazırda dünyanın ən məşhur dietoloqları, hətta
Amerikanın Dietoloqlar Assosiasiyası bu düsturu ən ideal göstərici
olaraq tanıyır.

Düstur:

Qadınlar üçün: (10 × çəki (kq)) + (6,25 × boy(sm)) − (5 × yaş(il
olaraq)) − 161.

Kişilər üçün: (10 × çəki (kq)) + (6,25 × boy(sm)) − (5 × yaş(il
olaraq)) + 5.

Məsələn, 30 yaşlı boyu 1.70 santimetr və çəkisi 65 kq olan
qadının normal fəaliyyəti üçün orqanizmdə olması gərəkən kalori
miqdarını hesablayaq:

(10 × 65) + (6,25 × 170) — (5 × 30) — 161 = 1 401,5

Tədqiqatlara əsasən, göstərilən düsturlar demək olar ki, bütün
insanlar üçün keçərlidir. Fərqli metabolizma, fərqli inkişaf
sürəti, əzələ kütləsinin müxtəlif miqdarı nəzərə alınsa da, minimal
kalori miqdarı nisbətdə eynidir. Alimlər qeyd edir ki, düstur
yalnız normadan artıq piylənmə problemi yaşayan şəxslərdə düzgün
göstəricilər verməyə bilər.

Dietoloqlar qeyd edir ki, sağlam arıqlamaq üçün orqanizmin
kalori miqdarını qadınlar üçün 1 200 kkal, kişilər üçün isə 1 400
kkal-dan aşağı salmaq məsləhət görülmür.

Mifflina düsturunun tətbiqi qida rasionuna olduqca nisbi təsir
göstərir. Səhər idmanı ilə yanaşı, gün ərzində 2 litr təmiz su
qəbul etmək, meyvə, tərəvəz istehlak etmək, yuxu rejiminə riayət
etmək olduqca faydalıdır. Əsas məqsəd mütəmadi olaraq idman üçün
ayrılan vaxtda qeyd olunan iki idman hərəkətini yerinə yetirməkdir.
Müəyyən müddətdən sonra orqanizm rejimə düşür və güclü idman
etməsəniz belə davamlı orqanizmin kalori miqdarı hər dəfə 500 qram
azalır. Ümumilikdə isə ay ərzində orqanizmdən asılı olaraq 2-4 kq
çəki atacağınıza zəmanət verilir.

Bella

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir