Avtomobil markası smartfon təqdim etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Britaniyanın brend avtomobil istehsal edən markası yeni
smartfonların istehsalına başlayıb.

Publika.az xəbər verir ki, “Jaguar Land Rover”
adlı avtomobil markası ilə “Bullitt Group” şirkətinin birgə
layihəsi olan “Android” mobil sistemi ilə təchiz edilən “Explore”
adlı suyadavamlı smartfonu rəsmən təqdim edib.

Yeni smartfonun əsas özəlliyi sensorun əlcək və yaş barmaqlarla
toxunuşları qəbul etməsidir. Ən son texnologiyalar əsasında
hazırlanan displeylə təchiz edilən smartfon “iPhone” və “Samsung”
smartfonlarını geridə qoyub.

Tutumlu akkumulyator smartfona 2 günədək fasiləsiz işləməyə
imkan verir, həm də “Adventure Pack” adlı əlavə paketin köməyi ilə
iş müddətini 2 dəfə artırmaq olar.

“Explore” smartfonu, həmçinin zərbəyə davamlıdır. Hətta 1,8 metr
hündürlükdən yerə düşməyə, ekstremal temperatura, yüksək rütubət və
titrəyişə dayanıqlıdır. Qurğunun qiyməti 600 avro təşkil edir.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp