APL: 17-ci tura yekun vuruldu
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura
yekun vurulub.
Publika.az xəbər verir ki, bu gün iki oyun
keçirilib. Günün ilk qarşılaşmasında “İnter Arena”da “Keşlə”
“Sumqayıt”ı qəbul edib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Turun son
oyununda “Qarabağ” və “Kəpəz” komandaları üz-üzə gəlib.
“Azərsun Arena”dakı görüş meydan sahiblərinin qələbəsi ilə
yekunlaşıb – 1:0. Yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda
vurub.
Xallarını 44-ə çatdıran “Qarabağ” ən yaxın izləyicisi
“Qəbələ”dən 9 xal irəlidədir.
Azərbaycan Premyer Liqası, 17-ci tur
25 fevral
Keşlə – Sumqayıt 1:2
Qol: Rail Məlikov, 12-avtoqol -Tural Axundov,
3-pen. Rəşad Eyyubov, 90.
Qarabağ – Kəpəz 1:0
Qol: Riçar Almeyda, 85.