Akrobat sirkdə çıxış zamanı yüksəklikdən yerə yıxıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Rusiyanın Avropa hissəsində yerləşən Elista şəhərində
Zapaşnı qardaşları sirkinin akrobatı səhnədə çıxış zamanı
hündürlükdən yerə yıxılıb. Hazırda o,
reanimasiyadadır.
“Report” xəbər verir ki, bu barədə şənbə günü Kalmıkiya
Respublikası administrasiyasına istinadən TASS məlumat yayıb.
“Sirkdə bir hadisə baş verib: Zapaşnı qardaşları sirkinin çıxışı
zamanı akrobat Anton Martynov yüksəklikdən yıxılıb və indi ona hər
cür tibbi yardım göstərilir”, – deyə rəhbərlik bildirib.
Onlar həmçinin qeyd ediblər ki, hadisənin səbəbləri
araşdırılır.