ABŞ və Avropa meydan oxuya bilmir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ Hərbi Dəniz Piyadaları Korpusunun komandanı, general
Robert Neller bəyan edib ki, donanmasında daha çox sualtı gəmilər
görmək istəyir.

General etiraf edib ki, Rusiya, Çin, Şimali Koreya və İran kimi
rəbiqlər Amerika desant gəmilərinin öz sahillərinə sakitcə
yaxınlaşmasına imkan verməyəcək vəziyyətdədirlər.

Robert Neller bildirir ki, terrorçulara qarşı 17 illik
mübarizədən sonra Amerikanın dəniz donanması rəqiblərlə necə
döyüşməyi gözdən keçirir. Bura raket-bomba zərbələrinin həyata
keçirilməsi, kimyəvi silahlardan qorunmaq üçün lazım olan
geyimlərlə döyüşmək, cavab hücumunun zərbəsinə tuş gəlməmək üçün
yaylımdan sonra artilleriya qurğularını işə salmaq daxildir.

Publika.az modern.az-a istinadən məlumat verir ki, Amerika
ekspertləri müzakirə aparırlar ki, Pentaqona “Kolumbiya” atom
sualtı gəmisi tipində yeni silahlar lazımdır.

Hərbi analitik və sualtı gəmilər üzrə mütəxəssis Tomas Kallender
hesab edir ki, ABŞ-a minimum bu cür 12 sualtı gəmi lazımdır.

Onun sözlərinə görə, həmin sualtı nüvə silahlarının 6-sı Sakit
okeanda, 4-ü Atlantik okeanda yerləşdirilməlidir. Qalan ikisi isə
rezervdə qalmalıdır ki, ehtiyac olduğu zamanlarda digərlərini
əvəzləyə bilsin.

Lakin Tomas Kallender əmin deyil ki, 12 sualtı gəmi effektiv
müdafiə üçün kifayətdir, üstəgəl həm qiymət, həm də sənaye
potensialı məsələsi ortaya çıxır.

Qərb mətbuatı yazıb ki, 12 sualtı gəminin 2035-ci ildə satın
alınması gözlənilir. Ancaq digər bir məsələ də var ki, həmin sualtı
gəmilər alınandan sonra 2042-ci ildən tez istifadəyə
verilməyəcək.

Avropanın özündə də sualtı gəmilərlə bağlı problemlər var.
Almaniya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri Hans
Piter Bartels bildirib ki, Almaniya donanmasının sualtı gəmilərin
istehsalı ilə bağlı işləri heç də yaxşı getmir.

Əslində onun sözlərində böyük həqiqət var. Belə ki, bu
yaxınlarda “Type 212A” sualtı gəmisi Norveç sahilində qayaya dəyib
zədələndikdən sonra Almaniyanın bu sahədə ciddi problemlərinin
olduğu üzə çıxdı.

Rusiya mətbuatı isə qeyd edir ki, faktiki olaraq bu gün
Almaniyanın sualtı gəmiləri yox dərəcəsindədir.

Hans Pter Bartelsin sözlərinə görə sualtı gəmilərin hazırlanması
ilə bağlı maddi təminat problemləri də mövcuddur.

Böyük Britaniya da analoji problemlə üz-üzədir. Britaniya
məhkəməsi zabit Castin Koddu təqsirkar bilib. Səbəb isə Castin Todd
“Ambush” sualtı gəmisinin təlimi zamanı səhvə yol verib və gəmi 1.1
milyard funt sterlinq dəyərində olan tankerlə toqquşub, 3 aydan
sonra isə sıradan çıxıb.

Hadisə 2016-cı ilin iyulunda baş verib, lakin istintaq işləri bu
yaxınlarda bitib. Castin Kodd isə özünü təqsirkar bilib və məhkəmə
ona yüngül cəza ilə kifayətlənib.

Belə bir məqamda isə Qərb mətbuatı, hərbi analitikləri Rusiyanın
atom sualtı gəmilərini daha da modernləşdirdiyi barədə həyəcanlı
fikirlər səsləndirirlər. Çoxları hesab edir ki, ABŞ və Avropa
sualtı gəmiləri ilə Rusiyaya meydan oxuya bilməz, səbəb isə
Rusiyada daha güclü texnologiyanın olmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp