53 yaşlı şəxsin evində QƏTLİAM: 4 nəfəri öldürdü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Çində 53 yaşlı kişi evində 4 nəfəri bıçaqlayaraq
öldürüb.
Publika.az xəbər verir ki, bu barədə Çin polisi
“Weibo” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Hadisə dünən yerli vaxtla saat 15.00-da baş verib.
Yuan soyadlı şəxsin hansı səbəbdən qətliam törətdiyi məlum
deyil. Qatil saxlanılıb. (apa)