Türkiyə addım-addım Afrinə yaxınlaşarkən YPG-dən ŞOK HƏRƏKƏT: Rusiya bayraqları qaldırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatı
çərçivəsində Afrin ilə Hələb arasındakı ən kritik nöqtə olan
Təl-Rüfət bölgəsinə təzyiq göstərməyə başlayıb.

Publika.az xəbər verir ki, ötən gün Bəşər Əsəd
rejimininin qüvvələri avtobus və yük maşınları ilə silahlı şəkildə
Təl-Rüfətə daxil olub. Əsəd rejimi və YPG təşkilatının ortaq
nəzarətində olan bölgə Afrinin tamamilə ələ keçirilməsi və xarici
qüvvələrin buradan uzaqlaşdırılması üçün böyük önəm daşıyır.
Təl-Rüfətin mühasirəsi ilə Afrində küncə sıxışan terror təşkilatı
tamamilə blokadaya alınacaq.

PKK/YPG terror təşkilatı Afrinə döyüşçü qüvvəsi və silah
göndərmək üçün Fıratdan öncə Münbiçə, oradan da Təl-Rüfətə
istiqamət alır.

Hərəkatın növbəti günlərində Fırat Qalxanı bölgəsində olan
Maredən Təl-Rüfətə doğru bir cəbhə açılması və terrorçulara buradan
təzyiq göstərilməsi planlaşdırılır. Terror təşkilatı isə Afrinə
gedən az sayda terrorçunun Rusiya və Suriya bayraqları
qaldırmasından istifadə edərək “Rusiya və Əsədin dəstəyini alırıq”
fikrini formalaşdırmağa çalışır.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp