“Qarabağın səsi” adlı rəsm əsərləri sərgisi və ədəbi-bədii tədbir keçirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət”
beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı
ildönümünə həsr olunan “Qarabağın səsi” adlı rəsm əsərlərinin
sərgisi və ədəbi-bədii tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri,
dövlət rəsmiləri, millət vəkilləri, xarici diplomatlar, beynəlxalq
təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak
ediblər.

Bildirilib ki, “Qarabağın səsi” aksiyasına qısa müddət ərzində
300-dən çox rəsm əsəri təqdim olunub. Münsiflər Heyəti tərəfindən
fevralın 15-də həmin rəsm əsərlərinin sərgisinin təşkil olunması
məqsədilə seçim mərhələsi keçirilib. Sərgidə iştirak üçün yaş
məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var.
Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən
əsərlər təqdim olunub.

Sərgidə seçim mərhələsindən keçən 110 müəllifin 120 əsəri
nümayiş etdirilib.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına “Qarabağın
səsi” aksiyası layihəsinin kollektivi tərəfindən Azərbaycanın
tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri, Xocalı
soyqırımı ilə bağlı hazırlanmış ədəbi-bədii proqram təqdim olunub.
Tədbirdə Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər
səslənib. Xocalısakini Rəhilə Quliyeva çıxışında şahidi olduğu
faciədən danışıb. Sonda “Xocalıya ədalət” beynəlxalq
təbliğat-təşviqat kampaniyasına dəstək olaraq çəkilən “Dərdimi
çəkirəm” filmi nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp