Prezident təhsilin inkişafına 830 min manat ayırdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham ƏliyevAzərbaycan Respublikasında təhsil
infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam
imzalayıb.

Publika.az xəbər verir ki, sərəncama əsasən
2017-ci ildə quraşdırılmış modul tipli 44 təhsil müəssisəsinin
qazlaşdırılması məqsədilə Azərbaycan prezidentinin 2018-ci il 22
yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan
vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin
830 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir