“Onları qucaqlayın, isti şokolad verin”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Almaniyann Xarici İşlər Nazirliyi rəsmi tvitter
hesabından maraqlı paylaşım edib.

Publika.az xəbər verir ki, Almaniya Buz Xokkeyi
Milli Komandasının 2018 Qış Olimpiya Oyunlarında Kanada millisini
məğlub etməsi ölkədə böyük əks-səda ilə qarşılanıb.

Almaniya millisi 4-3 hesabı ilə Kanadanı məğlub edərək ilk dəfə
final mərhələsinə yüksəlib. Xarici İşlər Nazirliyi bu qələbədən
sonra vətəndaşları üçün Kanadaya zarafatla səyahət xəbərdarlığı
yayımlayıb. Xəbərdarlıqda “Kanadada yaşayan almanlar yüksək
səviyyədə empatiya hissinə önəm verməlidir: Nəzakətli olun,
qürurlanmayın, onları qucaqlayın və isti şokolada dəvət edin.
Sadəcə Kanada Almaniyanı futbolda udsaydı, necə hiss edəcəyinizi
düşünün” ifadələri işlədilib.

Kanada Xarici İşlər Nazirliyi isə bu zarafatın qarşılığında
Almaniyanı təbrik edib.

Qeyd edək ki, final qarşılaşmasında Almaniya Rusiyanın Buz
Xokkeyi Milli Komandası ilə qarşılaşacaq.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp