“Neftçi”nin sabiq hücumçusu məşqçi karyerasına başladı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov
professional məşqçiliyə başlayıb.
Publika.az xəbər verir ki, V.Voskoboynikov
Estoniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında
köməkçi-məşqçi vəzifəsində çalışacaq. O, paralel olaraq
“Levadiya”nın futbol məktəbində idman direktoru kimi işini davam
etdirəcək.
O, B kateqoriyasında UEFA-nın məşqçilik lisenziyasına
sahibdir.
Qeyd edək ki, karyerasını ötən ilin sonunda bitirən
Voskoboynikov 2010-cu ildə “Neftçi”də, 2012-2013 mövsümündə isə
Tiflisin “Dinamo”sunda oynayıb.
Estoniya milli komandasında üzv olan zaman 34 matça çıxan
futbolçu 4 qola imza atıb.
Obnun rəhbərlik edəcəyi komanda Baltik ölkələri turnirində
Rusiya, Danimarka və Gürcüstanla eyni qrupda mübarizə aparır.
Zümrüd