“Neftçi” azlıqda qalan “Zirə” ilə bacarmadı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu
çərçivəsində daha bir oyun keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci
oyununda “Neftçi” və “Zirə” komandaları qarşılaşıblar.

“Bakcell Arena”da baş tutan görüşdə hesabı meydan sahibləri
açıblar. “Ağ-qaralar”ın heyətində 22-ci dəqiqədə İqnasio Herrera
baxımlı qola imza atıb. Lakin qonaqlar 30-cu dəqiqədə yeni
transferləri Evans Uilyamsın dəqiq zərbəsi ilə hesabı
bərabərləşdiriblər.

Qarşılaşmanın 76-cı dəqiqəsində qonaqların futbolçusu İlkin
Muradov qırmızı vərəqə alsa da, meydan sahibləri say üstünlüyündən
istifadə edə bilməyiblər. Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu heç-heçədən sonra “Zirə” 32 xalla 3-cü, “Neftçi” isə 20 xalla
5-ci pillədə qalıb.

Qeyd edək ki, turun ilk oyununda sensasiya qeydə alınıb.
Debütant “Səbail” çempionluğa iddialı “Qəbələ”ni məğlub edib – 2:1.
XVII həftəyə fevralın 25-də keçiriləcək “Qarabağ” – “Kəpəz” və
“Keşlə” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp