NATO qərargahına bombalı hücum – Ölən və yaralananlar var
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Əfqanıstanda bu gün 3 dəfə ard-arda partlayış hadisələri
baş verib.
Publika.az xəbər verir ki, paytaxt Kabildə
kamikadze özünü NATO-nun və ABŞ səfirliyinin yerləşdiyi binanın
yaxınlığında partladıb.
Rəsmi açıqlamalara görə, hadisə zamanı ən az 1 nəfər həlak oub.
Xəstəxanaya aparılan yaralıların vəziyyəti ağırdır.
Helmand vilayətində ard-arda baş verən partlayışlarda 3
təhlükəsizlik xidməti əməkdaşı həlak olub, çox sayda dinc sakin
yaralanıb.
Hücumun məsuliyyətini Taliban terror təşkilatı öz üzərinə
götürüb.
Zümrüd