Namizədliklərinin irəli sürülməsi təsdiq olunanların sayı 15-ə çatdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən
iclasında daha iki nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş
prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq
edilib.

İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası
tərəfindən irəli sürülmüş Əli Əliyevin və prezidentliyə namizədliyi
Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar
Məmmədovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi
məsələsinə baxılıb. Qeyd olunub ki, Ə.Əliyevin və S.Məmmədovun
prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi
üçün hüquqi əsaslar mövcuddur.

Məsələ səsə qoyulub və təsdiq edilib. Daha sonra Vətəndaş və
İnkişaf Partiyasının və Azərbaycan Demokrat Partiyasının
səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli
sürülməsi təsdiq olunanların sayı 15 nəfərə çatıb. Bundan əvvəl MSK
13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq
etmişdi. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp