Litvada möhtəşəm Xocalı FLAŞMOBU – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva
Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində
Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş flaşmob
keçiriblər.

Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir
Vilnüs sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və
meriyanın qarşısında baş tutub.

100 kv.m sahədə 2000 ədəddən çox xüsusi konstruksiyalı şamdan
istifadə edilərək #KHOJALY hərfləri bütün gecə
boyu yandırılıb. Vilnüs və Kaunas universitetlərində təhsil alan
azərbaycanlı tələbələrlə yanaşı litvalı gənclər də bu flaşmobun
təşkilində fəallıq göstəriblər.

Bundan öncə Səfirliyin və Litva Qan Mərkəzinin təşkilatçılığı ilə
Xocalı qurbanlarına həsr olunmuş qan vermə aksiyası keçirilib. Qan
vermə aksiyasında diplomatlarla yanaşı, diaspor nümayəndələri,
tələbələrimiz, litvalı gənclər iştirak ediblər. (azvision.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp