Janna Darkın yerinə kimi yandırıblar?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Janna Darkın adı bizə ən azı tarix dərsliklərindən
məlumdur. Onun şücaətli mübarizəsinə, odda yandırılıb, edam
edilməsinə onlarla film həsr edilib, əsər qələmə alınıb. Bütün
bunlara baxmayaraq, orleanlı qızın taleyi haqda qaranlıq qalan,
çözülməmiş bir çox məqam var.

Orleanlı qız

Орлеанская дела на коне./ Фото: mentalfloss.com

Rəsmi mənbələrə əsaslansaq, Janna Dark 1412-ci ildə Fransanın
Domremi adlı balaca kəndində əkinçi ailəsində doğulub. Digər
versiyaya görə isə zadəgan nəslindən olub. Onun uşaqlığı müharibə
illərinə təsadüf edib. Fransa və İngiltərə arasında gedən odlu
savaş hər iki xalqın nümayəndələrini cana yığmışdı. Mənbələrə
inansaq, Janna hələ uşaq ikən qulağına qəribə səslər gəlir, onu
mübarizəyə səsləyirdi.

Yeniyetməlik illərində isə Fransanın gələcək kralına yaxından
kömək edərək, mərdliklə savaşmış, Orleanın səmasını alan qara
buludları dağıtmışdı. Məhs buna görə də “Orleanlı döyüşçü” şərəfinə
layiq görülmüşdü. Budan sonra savadsız, kəndli qızcığaz böyük bir
ordunun başına keçir. Onun qəhrəmanlığı haqda dastanlar dildən-dilə
yayılırdı.

Vətənin işıqlı gələcəyi üçün savaşan Jannanın edamına səbəb
xəyanət olur. O əsir düşüb, qatı düşmənlərinə – ingilislərə təhvil
verilir. Jannanın edamı hələ də tarixin ən müəmmalı hadisələrindən
biri olaraq qalır. Bir sıra tarixçilər onun yandırılmasını
düşünülmüş səhnəcik olduğunu bildirirlər.

Şübhələr və faktlar

Жанна д'Арк в тюрьме на допросе кардиналом Винчестером./ Фото: regnum.ru

Qəhrəman Jannanın faciəvi sonu haqda günü bu gün də sonsuz sayda
fərziyyə və əfsanələr dolaşır. Orleanlı qızın əsl siması, edam
səbəbi heç bir mənbədə tam açıqlanmır. Hələlik ən çox danışılan
versiya budur ki, Jannanın yerinə digər qadın yandırlıb, edam
edilib. Bəs bu fikir nə dərəcədə gerçəyə uyğundur?

Məsələyə psixoloji cəhətdən yanaşsaq, burada qəribə heç nə
yoxdur. Xalq öz qəhrəmanının cismani ölümü ilə barışmaq istəmir.
Axı bu tendensiya günümüzdə davam edir. Məsələn, Elvis Preslinin,
Maykl Ceksonun milyonlarla pərəstişkarı öz kumirlərinin həyatda
olduğu haqda müxtəlif hekayələr uydurur, hələ də onlarla müxtəlif
ölkələrdə rastlaşdıqlarını iddia edirlər.

Bu insanın istənilən halda və yaşda möcüzəyə inamının
təzahürüdür. Möcüzəni çox gözləyəndə isə mütləq baş verir. Lakin bu
məqamda mərhumların cildinə girib, insanlarda çaşqınlıq yaradan
dələduzların da adlarını mütləq qeyd etmək lazımdır.

Jannanın mövludu

На костре./ фото: stihi.ru

Yazılı mənbələrə görə, ocaqda yandırılan Janna 4 il sonra
doğmalarının yanına geri dönür. Ən qəribəsi odur ki, qardaşları və
silahdaşları Jannanı qəbul edirlər. Yenidən peyda olan Orlean
gözəli əvvəlki kimi kişi libası geyinir, atın belində gəzirdi. Bir
müddət sonra Janna Rober dez Armuaz adlı zadəgana ərə gedir. Armuaz
cütlüyünün iki oğlu dünyaya gəlir. Hələ də bu qadının Janna
olub-olmadığına dair şübhələr səngimir. Çünki hələ ölümündən əvvəl
də Jannaya bənzər bir dələduz daim onun yerini tutmaq istəyi ilə
alışıb-yanırdı. Hətta 4 il ərzində harada gizləndiyi barədə də
məlumat yox idi.

Yeni Jannanı ifşa edən səbəblərdən biri də o idi ki, əsl Dark
dəfələrlə tibii yoxlanışdan keçmiş və cinsi yaxınlıq üçün yararsız
olduğu sübut edilmişdi. Bu durumda onun ailə qurub, övlad sahibi
olmağı da olduqca qəribədir.

Lakin çox keçmir ki, dələduz qadın Parisə çağırılıb, məsuliyyətə
cəlb olunur. Nəticədə Janna olmadığı sübut edilir.

Beləcə orleanlı qızın taleyi müəmma olaraq qalır.

Leyla Sarabi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp