Göygöldə oğul anasını bıçaqladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Göygöldə bıçaqlanma olub.

Rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı
qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya
yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır
olduğu bildirilir.

Məlumata görə M. Yusibova oğlu tərəfindən bıçaqlanıb. Belə ki,
M. Yusibova oğlunun spirtli içki içməsinə etiraz edərkən, sonuncu
tərəfindən bıçaqlanıb.

Anasını bıçaqlayan 1998-ci il təvəllüdlü Əsgərov Rauf Məhərrəm
oğlu Göygöl rayon Polis şöbəsinə aparılıb.

Məlum olub ki, sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı
tərəfindən də bıçaqlanıb. O, həmin vaxt Göygöl rayon xəstəxanasında
müalicə olunub. Bu dəfə isə qadını böyük oğlu bıçaqlayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadının iki oğlu var
və onların hər ikisi spirtli içki aludəçisidir. Ailə başçısı
rəhmətə getdikdən sonra onların dolanışıqlarında çətinliklər
yaranıb və qadının hadisəni törədən oğlu da tez-tez anasından içki
içmək üçün pul istəyirmiş. Bütün bunlardan təngə gələn ana növbəti
belə bir hal yaşanan zaman oğlundan içkini tərgitməsini, hər dəfə
ona verəcək pulunun olmadığını deyib. Lakin sərxoş halda olan oğul
əsəbi şəkildə bıçağa əl ataraq onu vurub.

Hazırda Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının
Cərrahiyyə şöbəsində əməliyyat olunan qadının vəziyyəti
orta-ağırdır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp