Gənc qadın müalicə üçün yod içdi…
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Goranboy rayonunun Tatar kəndində zəhərlənmə hadisəsi
baş verib.
1990-cı il təvəllüdlü kənd sakini G.Bayramova xəstəliyini yaşlı
qadınların məsləhəti ilə türkəçarə yolu ilə müalicə etmək üçün yod
içib və nəticədə zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-qənaətbəxş
olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (report)