FHN Tovuzdakı yanğınla bağlı məlumat yaydı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuzda baş vermiş
yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
Tovuz rayonunda ümumi sahəsi 320 kv.metr olan ikimərtəbəli 7 otaqlı
yaşayış evinin 1 otağında çarpayı 4 kv.metr sahədə və digər otaqda
divan qismən yanıb.
Yanğının kəşfiyyatı zamanı 1945-ci il təvəllüdlü Məmmədov Fərman
Qoca oğlu və 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının
qismən yanmış cəsədləri aşkar olunub. Yanğından evin qalan hissəsi
mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.