DİM müsahibənin nəticələrini açıqladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi (DİM )tərəfindən 11 yanvar
tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin
müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə
müsahibələr davam etdirilib.

DİM-dən Publika.az-a verilən məlumata görə, müsahibələr Bakı
şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran,
Bərdə regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil
olmaqla 17 müxtəlif yerdə təşkil edilmişdir. Mingəçevirdə isə
müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 115 müsahibədən 65-i baş
tutub, 50 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş
tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 25-i iddia etdiyi
vəzifəyə uyğun hesab edilib, 2 nəfərin nəticəsi isə “Dövlət qulluğu
vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın
5.6-cı hissəsinə əsasən etibarsız hesab edilib.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi
üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və
resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki,
müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə
DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam
olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki,
onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir,
namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə
hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə
tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan
ləğv etməlidirlər.

Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam
edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp