Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən
gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti
izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün
ərzində 6-nın açılması təmin olunub.
Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyatı üzrə
təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat
hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8,
qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Könül