Bütün Yer kürəsini internetlə təmin etmək üçün daha 2 peyk buraxıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın məşhur biznesmenlərindən biri İlon Maska məxsus
özəl “SpaceX” şirkəti daha bir yeniliyə imza atıb.

Publika.az xəbər verir ki, şirkət qlobal
internetin təmini üçün “Falcon 9” raketdaşıyıcısının içərisində 2
peyki orbitə buraxıb. Bu barədə “SpaceX” şirkətinin rəsmi Tvitter
səhifəsində məlumat yerləşdirilib.

Peyklərin buraxılışı fevralın 22-də ABŞ Hərbi Hava Qüvvələrinin
Kaliforniya ştatında yerləşən Vandenberq bazasında baş tutub.
Bildirilib ki, daha əvvəl “Falcon 9” raketdaşıyıcısının buraxılışı
fevralın 17-ə planlaşdırılsa da, kəskin və əlverişsiz hava şəraiti,
uçuşun tarixinin 3 dəfə dəyişdirilməsinə səbəb olub.

Məlumata görə, buraxılan “Microsat-2a” və “Microsat-2b”
aparatları 12 mindən ibarət peyk qruplaşmasının ilk 2 peyki hesab
olunur. “SpaceX” şirkətinin rəsmilər qeyd edib ki, bu 2 peyk
vasitəsilə Yer kürəsinin bütün nöqtələrini internetlə təmin etmək
gücünə malik olmaq olar. Həmçinin “Falcon 9” raketdaşıyıcısı
İspaniyanın radiolokasiya müşahidəsi üçün nəzərdə tutulan “PAZ”
dövlət peykini də buraxıb.

“Starlink” adlanan peyk rabitə sisteminə daxil olan təxminən 4,5
min peyk 1,1-1,3 min kilometr hündürlükdə hərəkət edəcək. Daha 7,5
min aparatın 346 km hündürlüyə çıxarılması planlaşdırılır.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir