Bakıda bacada sıxışıb qalan gəncdən XƏBƏR VAR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda gənc oğlanın bacaya düşməsinin detalları məlum
olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə
görə, fevralın 22-dən 23-nə keçən gecə Nizami rayonu ərazisində
yerləşən “Alov” parkındakı “Alov” restoranının havalandırma
sistemində bir nəfər naməlum şəxsin sıxılmış vəziyyətdə qalması
barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında
hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları
cəlb edilib. Həyata keçirilən tədbirlərlə bacaya düşən şəxs xilas
edilərək xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində xilas edilən şəxsin Abşeron rayon
sakini, 30 yaşlı Mehralıyev Asif Çingiz oğlu olması müəyyən
edilib.

DİN-in mətbuat xidmətindən həmçinin bildirilib ki, A.
Mehralıyevin guya kimlərsə tərəfindən bacaya atılmasıı barədə
KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.

Belə ki, A.Mehralıyev dindirilərkən məlum olub ki, o, iki gün
əvvəl həmin restoranda işə düzəlibmiş. Hadisə baş verən gün isə
A.Mehralıyev restoranın rəhbərliyindən icazə alaraq gedib.
Yeyib-içdikdən sonra o, sərxoş vəziyyətdə işlədiyi restorandan
oğurluq etmək niyyətinə düşüb. Bu məqsədlə də A. Mehralıyev gecə
saat 02.00 radələrində restoranın havalandırma sistemi ilə içəriyə
daxil olmaq istəyib. Lakin havalandırma sistemi dar olduğu üçün o
hərəkətsiz vəziyyətdə qalıb və niyyətini başa çatdıra bilməyib.

Hazırda A.Mehralıyevin xəstəxanada müalicəsi davam
etdirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma
aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp