Azərbaycanda tərsinə işləyən saat hazırlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın cənub bölgəsi olan Lənkəranda qeyri-adi
saat ixtira edilib.

Publika.az ARB TV-ə istinadən xəbər verir ki,
Lənkəran sakini Şahin Baxşıyev əqrəblərin tərsinə (sağdan-sola)
işləyən saat ixtira etdiyini iddia edib.

O, saatın mexanizmində bəzi çarxların yerini dəyişməklə bu
nəticəni əldə edib. Saatsaz Şahin Baxşıyev bildirib ki, o yenilik
axtarmaq üçün bu addımı atıb və nəticəsi onu da heyran edib:

“Düşündüm ki, qeyri-adi bir şey edib. Özüm saatsazam. İstəyirdim
bir sat hazırlayım ki, hər kəsin diqqətini çəksin. Əlimdə olan
ssatı təmir edən zaman bir neçə detalına dəyişiklik etdim və əksinə
işləyən saat hazırladım”.

32 ildir saat təmiri ilə məşğul olan Şahin deyir ki, hazırda yeni
və qeyri-adi işləyəcək qol saatı üzərində işləyir. Həmin saatında
əksinə işləməsini planlaşdırır. Gələcəkdə bu cür saatların sayını
çoxaldaraq şəxsi biznesini qurmağı planlaşdırır.

Könül

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp