Azərbaycan MDB və Avropada 1-ci yerə çıxdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan dizel yanacağının qiymətinin ucuzluğuna görə
dünyada ilk onluğa daxildir. Ölkə dizel yanacağının ucuzluğuna
görə, dünyanın 167 dövləti arasında 9-cu yerdə
qərarlaşıb.

Bu məlumatlar “Global petroleum prices” beynəlxalq reytinq
agentliyinin sonuncu reytinqində yer alıb.

Agentliyin saytında qeyd olunur ki, Azərbaycanda dizel
yanacağının 1 litrinin qiyməti 35 sentdir. Ölkə bu yanacaq növünün
ucuzluğuna görə, Avropa və MDB dövlətləri arasında 1-ci yeri
tutur.

Dizelin dünyada orta qiyməti 1 dollar 4 sent təşkil edir.
Dünyada dizelin ən ucuz qiyməti Venesueladadır.

Ən bahalı dizel isə İslandiyadadır. Bu ölkədə dizelin 1 litrinin
qiyməti 2 dollar 2 sentdir.

Bundan başqa, reytinqə əsasən Azərbaycan ən ucuz benzinlə
dünyada 167 ölkə arasında 24-cü yeri tutur. Dünyada benzinin orta
qiyməti 1 dollar 15 sentdir. Bu siyahıya da Venesuela başçılıq
edir. Bu ölkədə benzinin 1 litrinin qiyməti 1 sentdir.

Dünyada ən bahalı benzin İslandiyadadır. Bu ölkədə benzinin 1
litrinin qiyməti 2 dollar 10 sentdir.

“Global petroleum prices” beynəlxalq reytinq agentliyi hər ay
ölkələrin yanacaq-sürtkü materiallarının ən aşağı qiymətləri ilə
reytinqini təşkil edir. Analiz üçün yüksək oktan benzin və dizel
yanacağının qiymətlərindən istifadə olunur. Reytinqdə dünyanın 167
ölkəsinin göstəriciləri təhlil edilir.

Agentliyin məlumatlarından Beynəlxalq Valyuta Fondunun, həmçinin
analitik agentliklərin hesabatlarında istifadə olunur. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp