Azərbaycan cüdoçusu erməniyə qalib gəldi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf
şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində 1/4 finala vəsiqə
qazanıb.
Publika.az xəbər verir ki, 73 kq çəki
dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda
avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz
Xocazodanı məğlub edib.
R.Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyanla
qarşılaşıb. Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa
çatıb.
Təmsilçimiz yarımfinalda almaniyalı İqor Vandtke ilə üz-üzə
gələcək.