4 otaqlı ev külə döndü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ağdamda 4 otaqlı ev yanaraq külə dönüb.

APA-nın xəbərinə görə, hadisə rayonun Sarcalı kəndində baş
verib. Əntiqə Baxşəliyevaya məxsus 4 otaqlı ev əşyaları ilə
birlikdə tamamilə yanıb. Yanğın baş verən zaman ev sahibləri evdə
olmayıb. Alovun qaz və ya elektrik enerjisində baş verən qısa
qapanmadan əmələ gəldiyi ehtimal edir.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər tikililərə
keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp