17 yaşlı qız “Feysbuk”da tanış olduğu sevgilisi tərəfindən zorlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyədə bir gənc “Feysbuk”da tanış olduğu qızla
görüşüb ona təcavüz edib.

Publika.az xəbər verir ki, hadisə ölkənin Konya
şəhərində baş verib. 24 yaşlı F.K. adlı şəxs “Feysbuk”da tanış
olduğu B.D. adlı 17 yaşlı tələbə qızı zorlayıb. 17 yaşlı qıza yemək
təklifi edən oğlan onunla görüşdükdən sonra evlənmək istədiyini
deyərək qızı aldadıb. Bir neçə dəfə görüşdükdən sonra qıza təcavüz
edən şəxs 10 ay sonra ondan ayrılaraq evlənmək istəmədiyini
bildirib.

Hadisə ilə bağlı Konya mərkəzi polis idarəsinə şikayət edən 17
yaşlı tələbə qız hadisələri belə təsvir edib:

“Məni restorana yeməyə dəvət etdi. Ordan isə onun evinə getdik.
F.K. evdə paltarlarını soyunub, mənimlə birlikdə olmaq istədiyini,
tezliklə evlənəcəyimizi dedi. Onun istəyini rədd etdiyim üçün
əsəbləşdi. Evdən çıxmaq istədikdə məni tutdu və təzyiq göstərərək
təcavüz etdi. 2 ay sonra isə mənimlə görüşmək istədiyini dedi. Məni
inandırdı ki, hər şey yaxşı olacaq, biz evlənəcəyik. Həmin gün ona
inanıb ikinci dəfə bərabər oldum. Sonra isə məni təhdid edərək
zorla dəfələrlə birlikdə oldu”.

Faktla bağlı şübhəli bilinən F.K. nəzarətə alınıb.

Haqqında cinayət işi açılıb.

Bella

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp