Ərdoğandan ABŞ-a SƏRT CAVAB – “Siz on min kilometr uzaqdan buraya niyə gəlirsiniz?”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindəki
“Zeytun budağı” hərəkatı zamanı dinc sakinlərin öldürülməsi
iddialarına ikinci dəfə münasibət bildirib.

Publika.az xəbər verir ki, hakim Ədalət və
İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan
Kahramanmaraşda keçirdiyi iclasda “mehtmetçik”lərin əcdadlarının
yolu getdiyini deyib:

“Keçmişdəki o əcdadımızın varisləri olaraq indi də bizim
mehmetçiklərimiz eyni yolla gedir. Bir tərəfdən SİHA-larımızla, bir
tərəfdən F-16-larımızla, helikopetrlərimizlə, tanklarımızla,
toplarımızla ordumuza hücum edənləri öz səslərində boğduq. Bəziləri
nə deyir? Dinc sakinləri vururlar… Vicdansızlar, əxlaqsızlar.
Bizim qanımızda dinc sakinləri vurmaq yoxdur, amma sizinkində var.
Siz Malidə, Ruandada, Korsikada dayanmadınız, Liviyada bunu
etdiniz. Türkü bu formada izah edə bilməzsiniz. Vətənimizə,
sərhədlərimizə hücum edənlərə bunun hesabını ödədirik. Siz on min
kilometr uzaqdan buraya niyə gəlirsiniz?”, – Ərdoğan bildirib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp