Ziyafət Əsgərov Ziyad Səmədzadədən İZAHAT TƏLƏB ETDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu anlaşılmazlıq həll edilməsə, “Standartlaşdırma
haqqında” qanunun layihəsinin tətbiqi şübhə altında
olacaq.

Publika.az bildirir ki, bu fikri Milli Məclisdə
“Standartlaşdırma haqqında” qanunun layihəsinin müzakirəsi zamanı
vitse-spiker Ziyafət Əsgərov səsləndirib.

Vitse-spiker qeyd edib ki, müzakirə edilən qanun layihəsində
anlaşılmazlıq var:

“Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir. Əsas
anlayışlarda tətbiqi könüllü olan normativ sənəd kimi göstərilib.
Qanunun 4.2.13-cü maddəsində isə standartların könüllü xarakter
daşıdığı vurğulanır. 4.2.8-ci maddədə isə normativ sənədlərin
hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə,
əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının
alınması göstərilir. Bunu necə başa düşək? Xahiş edirəm ki, Ziyad
Səmədzadə bununla bağlı izahat versin. Bu məsələ həll edilməsə,
qanun layihəsinin tətbiqi şübhə altında qalacaq”.

Spiker Oqtay Əsədov isə bəyan etdi ki, qanunun müzakirəsi zamanı
bəzi deputatlar müxtəlif təkliflər səsləndirir: “Qanun birinci
oxunuşda müzakirə edildiyi üçün təkliflər konseptual xarakterli
olmalıdır. Ziyafət müəllim konseptual yanaşmanın necə olduğunu
göstərdi”.

Ziyad Səmədzadə isə bildirib ki, Ziyafət Əsgərovun qaldırdığı
məsələ komitənin müzakirəsi zamanı da səsləndirilib:

“Ziyafət müəllimin bəhs etdiyi qanunun 4.2.8-ci maddəsində də
isə normativ sənədlərin hazırlanmasında insanların həyat və
sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər
vurulmasının qarşısının alınmasının məcburi olduğu qeyd
edilib”.

Komitə sədri əlavə edib ki, qanun dövlətin istehsalata deyil,
bazarı tənzimləməsini əsas götürür.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp