Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş tədbirlərdə



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Minskdə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə
naziri general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin
yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak
edib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, iki ölkə
arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə,
Azərbaycanın Müdafiə naziri “Belarus Respublikası Silahlı
Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə
heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət
edərək Qələbə abidəsinin önünə əklil qoyublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp