Yaşayış evi çökdü: 10 ölü
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Misirin paytaxtı Qahirədə beş mərtəbəli yaşayış evinin
çökməsi nəticəsində azı 10 nəfər ölüb.
Publika.az xəbər verir ki, hadisə əhalinin
yoxsul təbəqəsinin sıx yaşadığı Maşiət Nəsr rayonunda baş
verib.
Ölənlərin sayının artacağı istisna olunmur.
Yerli statistikaya əsasən, Misirdə 2 milyonadək ev yaşayış üçün
təhlükəli hesab edilir.