YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün imzaları MSK-ya təqdim etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin
Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə
alınması üçün toplanmış seçici imzalarını Azərbaycan Respublikası
Seçki Məcəlləsinin tələblərinə və MSK tərəfindən qəbul edilmiş
təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə Mərkəzi
Seçki Komissiyasına təqdim edib.

Bu barədə Publika.az-a YAP-dan məlumat verilib.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq,
prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az
olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər
birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır. Yeni
Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan
Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud
125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirmiş
və kampaniyanı uğurla başa çatdırmışdır.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral
ayının 8-də VI Qurultayı keçirilmişdir. Qurultayda 2018-ci il
aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan
Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə
namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul
edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp