Yadplanetliləri ancaq bu ŞƏXSLƏR GÖRƏ BİLƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yadplanetliləri ancaq fırıldaqçılar görür.

Publika.az xəbər verir ki, bu fikirləri
astoronom, professor Ethem Derman deyib.

Bu istiqamətdə çoxlu araşdırma apardığını qeyd edən E.Derman bu
vaxta qədər teleskopların bir dəfə də olsun yadplanetli qeydə
almadığını bildirib:

“Hər kəs yadplanetli gördüyünü deyir, amma 100-dən çox
teleskopla bütün günü göyün şəklini çəkirik, bir dəfə də olsun
yadplanetli qeydə almamışıq. Yadplanetliləri ancaq bu işdən qazanc
əldə edən fırıldaqçılar görür, beynini bununla məşğul edən və bəzi
ağlı başında insanları da inandırırlar”.

E.Derman bildirib ki, işıq sürətilə hərəkət edən kosmik gəmi
hazırlasaq belə, o ən yaxın ulduza 4 ildə çata bilər.

“İşıq sürəti saniyədə 300 min kiilometrdir, NASA-nın ən sürətli
kosmik gəmisi isə saniyədə 17 km sürətlə hərəkət edir. Bəs
yadplanetlilər hardan gəlir? Bizim Günəş sistemində heç bir həyat
əlaməti yoxdur. Ən yaxın ulduz Proxima Centauridir ki, o da Günəşə
40 trilyon kilometr uzaqdadır. Bu qədər yolu necə gələ bilir
yadplanetlilər? 3675 planetdən yaşamaq mümkün olanlardan araşdırma
apardıq, lakin heç birində həyat əlaməti tapmadıq”, – deyə astronom
bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp