Uşağa qulluq üçün sosial məzuniyyətə görə verilən müavinət artırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev uşağa qulluğa görə qismən
ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin
artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, uşağa qulluğa görə qismən ödənişli
sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək
məqsədilə uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə
olanlara verilən aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən
10 faiz artırılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair
təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə
təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib
Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu sərəncama
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay
müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan
irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama
uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat
verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp