Ulduz futbolçunun Putinə çağırışı gündəm oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fransanın “Nitsa” komandasının məşhur futbolçusu Mario
Balotelli yayımladığı yeni video ilə gündəm olub.

Publika.az xəbər verir ki, UEFA Avropa Liqası
son 32 turu matçları çərçivəsində Rusiyanın “Lokomotiv” komandası
ilə qarşılaşacaq “Nitsa” paytaxt Moskvaya gedib.

Komandası ilə birgə şəhər turuna çıxan M.Balotelli Kremlin
yerləşdiyi qırmızı meydanda Rusiya prezidenti Vladimir Putini
səsləyib. Ulduz futbolçu “Putin, Putin, hardasan, Putin” deyərək
prezidenti Qırmızı Meydanda axtarıb.

Onun bu görüntüləri sosial şəbəkədə geniş şəkildə yayılıb.

Qeyd edək ki, qarşılaşma Moskva təmsilçisinin xeyrinə başa
çatıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp